Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş "Dahi Şəxsiyyət" adlı tədbir keçirilmişdir

07 may 2024 | 19:39
Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş "Dahi Şəxsiyyət" adlı tədbir keçirilmişdir
Yevlax Şəhər Heydər Əliyev Mərkəzində Şəhər İcra Hakimiyyəti və rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş "Dahi Şəxsiyyət" adlı tədbir keçirilmişdir.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, rayonun təhsil, mədəniyyət müəssisələrinin rəhbərləri və mədəniyyət işçiləri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımız azadlığı uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxışında Ümummilli Liderimiz Heydər Əliyevin xalqına həsr etdiyi şərəfli ömür yolundan bəhs etdi,Dahi Şəxsiyyətin Azərbaycanın tarixindəki əvəzolunmaz rolundanb danışdı.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova çıxışlarında qeyd etdilər ki, Ulu Öndər Heydər Əliyevin adı tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu kimi daxil oldu, müstəqil Azərbaycan dövləti isə Heydər Əliyevin şah əsəri olaraq qəbul edildi. Bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Ümummilli Liderin məqsədyönlü siyasətinin uğurla davam etdirilməsi nəticəsində Müstəqil Azərbaycanımız dünyanın ən güclü dövlətlərindən birinə çevrilmişdir.
Tədbirin bədii hissəsi Yevlax şəhər Mədəniyyət Mərkəzi və Uşaq musiqi məktəblərinin birgə təşkilatçılığı ilə yaradılmış "Aran xalq çalğı alətləri ansamblı"-nın ifasında Ulu Öndərimiz Heydər Əliyevə həsr edilmiş milli vətəpərvərlik mövzularında mahnılar səsləndirildi.
Sonda Ulu öndər Heydər Əliyevin şərəfli ömur yoluna həsr olunmuş videoçarx nümayiş etdirildi.
Keçidlər