Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş konsert təşkil edilib
11 may 2023 | 10:27
Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş konsert təşkil edilib
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin Heydər Əliyev parkında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş konsert keçirilib. Konsertdə respublikanın tanınmış musiqiçiləri - Respublikanın Xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artistlər Cabir Abdullayev, Cabbar Musayev, Zakir Əliyev, Könül Kərimova, İlkin Əhmədov və müğənni Rövşən Məmmədovun ifasında Ulu Öndər Heydər Əliyevə, vətənpərvərliyə həsr edilmiş mahnılar səsləndirilmişdir. Rəqs qrupunun təqdimatında rəqslər təqdim olunub. İfaçıların çıxışları dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Sonda möhtəşəm atəşfəşanlıq təşkil edilmişdir.