Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş Kitab Bayramı keçirildi

29 may 2023 | 13:28
Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş Kitab Bayramı keçirildi
Yevlaxda Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının və Yevlax şəhər Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Gəlin, kitab oxuyaq” adlı kitab bayramı keçirilmişdir. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax rayon Ağsaqqlar şurasının sədri Minnət Mürsəlov, Respublikanın əməkdar artisti Gülər Nəbiyeva iştirak etmişlər.
Tədbirdə çıxış edən Yevlax Şəhər Mərkəzi Kitabxana sisteminin direktoru Vüsalə Məmmədova öncə tədbir iştirakçılarını salamlayıb. O, öz çıxışında Ulu öndərin hakimiyyətdə olduğu müddətdə Azərbaycan xalqı və dövləti üçün gördüyü işlərdən, eləcə də mədəniyyət və kitabxana sahəsinə göstərdiyi diqqət və qayğıdan ətraflı məlumat verib.
Sonra Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxış edərək, kitabın xalqın formalaşmasında, intellektinin, mədəniyyətinin yüksəlməsində əvəzsiz rol oynadığını bildirib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, geniş bilik və təfəkkür sahibi olması, düşünülmüş və cəsarətli qərarları, eyni zamanda, mədəniyyətimizə, kitabxanalara, milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqət və qayğı danılmazdır.
Daha sonra çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, Yevlax Şəhər Mədəniyyət Mərkəzinin direktoru, əməkdar mədəniyyət işçisi Eldəniz Mustafayev, MİHİ-Gəncə şəhər təşkilatının sədri yazıçı, dramaturq Sahib İbrahimli, Gənc Tamaşaçılar teatrının aktrisası, əməkdar artist, Prezident mükafatçısı Gülər Nəbiyeva Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövləti və xalqı naminə misilsiz fədakarlıqlarından, onun ölkəmizdə kitaba, elmin inkişafına verdiyi töhfələrdən danışıblar.
Yevlax Mədəniyyət Mərkəzinin əməkdaşları Sabir Hüseynovun, Rəşad Hüseynovun, Xan Quliyevin ifasında Azərbaycana, Ulu öndərə həsr olunmuş mahnılar səsləndiriblər.
Yevlax şəhər Yaradıcılıq evində fəaliyyət göstərən Kukla Xalq teatrının aktyorlarının ifasında uşaq yazıçısı Zahid Xəlilin yazdığı nağıllar əsasında tamaşa göstərilib.
Kitab bayramında yeni nəşr olunan Azərbaycan və xarici bədii ədəbiyyat nümunələrindən ibarət, müxtəlif elm sahələrini əhatə edən kitab sərgiləri təqdim olunub, gənc rəssamlarının əl işlərindən ibarət eksponatlar da sərgilənib.
Tədbirdə bir-birindən maraqlı musiqi nömrələri, bədii qiraət, çıxışlar və kompozisiyalar yer alıb.
Keçidlər