Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib

18 mart 2023 | 11:49
 
Yevlaxda müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, YAP Yevlax rayon təşkilatı ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların rəhbərləri və gənclər iştirak ediblər.
Aksiya çərçivəsində şəhər ərazisinin relyefinə uyğun olaraq 500-ə yaxın müxtəlif növlü ağaclar əkilib və əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.
Keçidlər