Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda tibb işçilərinin peşə bayramı günü qeyd olunub

17 iyun 2026 | 20:25
Yevlaxda tibb işçilərinin peşə bayramı günü qeyd olunub
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax rayon Mərkəzi Xəstəxanasının direktoru Fazil İsmayılov, Ağciyər Xəstəlikləri Mərkəzinin idarəetmə aparatının rəhbəri Mirrəhim Nəbiyev və bir qrup tibb işçisi 17 iyun-tibb işçilərinin peşə bayramı günü münasibətilə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, Dahi Şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tibb işçilərini peşə bayramları münasibətilə səmimi-qəlbdən təbrik edib, Ulu Öndər Heydər Əliyevin səhiyyə sahəsində başlatdığı islahatların hazırda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə Ölkəmizdə səhiyyənin inkişafı istiqamətində aparılan islahatların vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət etdiyi diqqətə çatdırıb. Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində səhiyyənin inkişafı, maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturunun yenilənməsinin daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. İcra Hakimiyyətinin Başçısı çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib.
Şəhərdəki “Green Garden” restoranında davam etdirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru Fazil İsmayılov, “Ağciyər Xəstəlikləri Mərkəzi” publik hüquqi şəxsin Yevlax regional xəstəxanasında idarəetmə aparatının rəhbəri Mirrəhim Nəbiyev və digər çıxış edənlər tibb işçilərini peşə bayramları münasibətilə təbrik edib onlara bu müqəddəs peşədə yeni nailiyyətlər və əzmkarlıq arzulayıblar.
Tibb işçiləri onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda bir qrup səhiyyə işçisi Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının və “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Fəxri fərmanı ilə təltif olunub.
Keçidlər