Yevlaxda “Təmiz ölkəm” aksiyası çərçivəsində iməcilik keçirilmişdir
13 iyul 2024 | 12:51
Yevlaxda “Təmiz ölkəm” aksiyası çərçivəsində iməcilik keçirilmişdir
Yevlaxda "Təmiz ölkəm" aksiyası çərçivəsində Şəhər İcra Hakimiyyətinin və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı ilə iməcilik keçirilmişdir.
İməcilikdə Yevlax Şəhər İcra Hakimiyyətinin, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, 13 saylı Bərdə Regional Meşə Təsərrüfatı Müəssisəinin, Yevlax Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin,Yevlax bələdiyyəsinin əməkdaşları və rayon könüllüləri iştirak etmişlər.
“Təmiz ölkəm” təmizlik aksiyanın keçirilməsində əsas məqsəd məhz ictimaiyyətin diqqətini tullantıların düzgün idarə olunmasına yönəltmək, onları alışılmış vərdişlərdən uzaqlaşdırmaq, bu işlərə daha geniş kütləni cəlb etməklə təbiət ərazilərinin təmizliyinə nail olmaqdır.Aksiya çərçivəsində keçirilən iməcilikdə gələcək nəsillərə sağlam həyat, təmiz ətraf mühit bəxş etmək üçün, hər kəsin təbiətimizə qayğı ilə yanaşmasının və onu təmiz saxlamasının vacib olduğu diqqətə çatdırılmışdır. Aksiya çərçivəsində təmizlənərək toplanmış müxtəlif növ tullantılar ərazidən daşınmışdır.