Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda tədbir keçirilmişdir

07 noyabr 2025 | 18:24
Yevlaxda “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda tədbir keçirilmişdir
Yevlaxda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılmış Şanlı Zəfərin 5-ci ildönümü ilə əlaqədar olaraq silsilə tədbirlər davam etdirilmişdir.
Yevlax Şəhər İcra Hakimiyyəti və “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik huqüqi şəxsin birgə təşkilatçılığı ilə Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda növbəti tədbir keçirilmişdir
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Fazil İsmayılov, rayonda fəaliyyət göstərən idarə, təşkilatların, müəssisələrin rəhbərləri, səhiyyə işçiləri Şəhid ailələri, müharibə əlilləri, veteranları viştirak etmişlər.
Əvəlcə Dövlət Himni səsləndirilib, Xalqımızın Ümummili Lideri Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxışında Zəfər günü münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırmışdır. Çıxışının davamında E.Əzizova Xalqımızın Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında sıx birləşməklə qazandığı tarixi Zəfərlə dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən parlaq səhifəsi olmaqla, xalqımızın qürur mənbəyidir. Həmçinin əldə olunan qələbələr suverenliyimizin tam bərpa olunmasından geniş bəhs etmişdir.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxışında bildirdi ki, Ölkə Prezidenti Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin peşəkar rəhbərliyi altında yenilməz Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində Zəfər zirvəsini fəth edərək şanlı tarix yazmışdır. Azərbaycanın hərbi sahədə qazandığı uğurlar xüsusilə 8 Noyabr tarixində Şuşanın işğaldan azad olunması, Vətən müharibəsinin taleyində mühüm rol oynamışdır. Hər bir azərbaycanlı bu möhtəşəm tarixi qələbəmizlə qürur hissi keçirir, möhtərəm Prezidentimizin müdrik siyasəti ətrafında sıx birləşərək parlaq gələcəyə doğru inamla addımlayır.
“Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Fazil İsmayılov çıxış edərək Müzəffər Ali Baş Komandanımızın cənab İlham Əliyevin rəhbərliyi altında əldə olunan qələbənin tarixi əhəmiyyətindən danışmış, dövlətimizin şəhid ailələrinə, qazilərə, veteranlara göstərdiyi diqqət və qayğıdan eləcədə işğaldan azad olunan ərazilərdə aparılan quruculuq işlərindən bəhs etmişdir.
2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilmiş lokal xarakterli antiterror əməliyyatlarının qazisi Soltan Səmədov və əməkdar mədəniyyət işçisi Eldəniz Mustafayev çıxışlarında 44 günlük Vətən müharibəsindən danışdılar, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan şanlı qələbədən bəhs etdilər. Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, şücaətdən danışaraq bildirmişlər ki, hərbi əməliyyatların gedişi zamanı Ali Baş Komandan İlham Əliyevin müntəzəm olaraq çatdırdığı qələbə xəbərləri, işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin məhv edilən canlı qüvvəsi və hərbi texnikası barədə məlumatları ölkəmizin hər bir vətəndaşında qürur, fərəh hissi doğurmuş, xalqın öz Liderinə inamını daha da gücləndirirdi. Zəfər Gününün hər il böyük qürur və dövlətçilik əzmi ilə qeyd edilməsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını vurğulanıb. Eldəniz Mustafayev çıxışının sonunda vətənpərvərlik mözusunda şeir səsləndirmişdir.
Tədbirin bədii hissəsində tanınmış müğənni Leyla Rəhimovanın ifasında musiqilər səsləndirilmişdir.
Keçidlər