Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda su ehtiyatlarından səmərəli istifadə mövzusunda maarifləndirici tədbir keçirilib

07 iyun 2024 | 13:08
Yevlaxda su ehtiyatlarından səmərəli istifadə mövzusunda maarifləndirici tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusunda Şəhər İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı, rayonun aidiyyəti idarə, təşkilat rəhbərləri, həmçinin yerli icra nümayəndəlikləri və bələdiyyələrin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Qarşılıqlı müzakirələr şəraitində keçirilən tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul əməkdaşları yay mövsümü ərzində su ehtiyatlarından səmərəli istifadəyə dair görülməsi nəzərdə tutulan işlərdən söhbət açıb, tədbir boyunca iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Keçidlər