Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda su ehtiyatlarından səmərəli istifadə edilməsi mövzusunda müşavirə keçirilib

07 aprel 2023 | 12:21
Yevlaxda su ehtiyatlarından səmərəli istifadə edilməsi mövzusunda müşavirə keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətində rayon ərazisində mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və suvarma suyunun əkin sahələrinə verilməsinə nəzarətin gücləndirilməsi məqsədilə yaradılmış rayon xüsusi qərargahının üzvlərinin iştirakı ilə müşavirə keçirilmişdir.
Müşavirədə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, aparatın məsul əməkdaşları, rayon xüsusi qərargahının üzvləri, inzibati ərazi dairələri üzrə nümayəndlər və bələdiyyə sədrləri iştirak etmişlər.
Müşavirədə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev bildirib ki, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi nəticəsində yerüstü su ehtiyatları, çaylarda sululuq və yağıntılar xeyli azalıb. Həmçinin qeyd edib ki, kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artmasına səbəb olub ki, bu da rayonda su ehtiyatlarından səmərəli istifadəni zərurətə çevirib.
Şəhər rəhbəri Ölkəmizdə su ehtiyatları ilə bağlı problemlərin həlli istiqamətində Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev rəhbərliyi altında görülmüş mühüm işlər, suvarma sistemlərinin yaxşılaşdırılması sahəsində həyata keçirilən layihələr barədə geniş məlumat verdi.
Şəhər İcra Hakimiyyətinin Başçısı çıxışında həmçinin qeyd edib ki, su qıtlığının qarşısını almaq məqsədi ilə rayon ərazisində mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə, suvarma suyunun əkin sahələrinə ədalətli, ərazilərin ölçülərinə görə bölgü və növbəlilik prinsiplərinə uyğun verilməsinə ciddi nəzarət edilməlidir.
Müşavirədə həmçinin mövcud su ehtiyatlarından maksimum dərəcədə qənaətlə istifadə edilməsi məqsədi ilə İnzibati Ərazi Dairələri üzrə nümayəndələrə və bələdiyyələrə əhali arasında ardıcıl olaraq maarifləndirmə işlərinin aparılması tövsiyyə edilib.
Keçidlər