Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günü münasibətilə tədbir keçirildi

16 mart 2026 | 18:38
Yevlaxda Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günü münasibətilə tədbir keçirildi
Yevlaxda 16 mart Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının birinci müavini Xaliq Əliyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Yevlax Regional İdarəsinin kollektivi iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Yevlax şəhərinin mərkəzində yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Dahi Şəxsiyyətin müqəddəs xatirəsinə öz ehtiramlarını bildiriblər.
Regional İdarədə davam etdirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev çıxış edərək Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək onlara məsul və şərəfli fəaliyyətlərində uğurlar arzuladı.
Daha sonra Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Yevlax regional idarəsinin rəisi çıxışında əldə olunan nailiyyətlərdən danışdı və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşdü.
Tədbirin sonunda nümunəvi xidmətinə görə seçilən Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Yevlax regional idarəsinin bir qrup əməkdaşı Yevlax Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olundular.
Keçidlər