Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Son zəng tədbirləri keçirilib

13 iyun 2026 | 12:34
Yevlaxda Son zəng tədbirləri keçirilib
Yevlax rayonunun ümumtəhsil məktəblərində ənənəvi “Son zəng” tədbirləri keçirilib. Tədbirlərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, Şəhər İcra Hakimiyyəti başçısının kənd qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Mərkəzi Aran Regional Təhsil İdarəsinin, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə Təhsil sektorunun əməkdaşları, məktəblərin kollektivləri, şəhid ailələri, qazilər, müharibə veteranları və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Tədbirlər Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Yevlax Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, valideynlər çıxışlarında bu əlamətdar gün münasibətilə məzunları təbrik edərək onlara gələcək həyatlarında və təhsillərində uğurlar arzulayıblar.
Tədbir məzunların və məktəblilərin hazırladıqları bədii-kompozisiyalar, musiqi nömrələri və rəqs çıxışları ilə davam edib.
“Son Zəng” tədbirlərində iştirak edən məzunlar, onların valideynləri və müəllimləri Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
"Son zəng" tədbirlərinin təhlükəsizlik qaydalarına uyğun təşkil edilməsi üçün Şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlər həyata keçirilib.
Keçidlər