Yevlaxda səyyar qəbulların keçirilməsi davam etdirilmişdir
08 sentyabr 2022 | 15:35
Yevlaxda səyyar qəbulların keçirilməsi davam etdirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq rayonun Havarlı kəndində növbəti səyyar qəbul keçirmişdir. ŞİH Başçısı Anar Tağıyev qəbulda iştirak edən kənd sakinlərinin ünvanlı dövlət sosial yardımın təyin edilməsi, işlə təminat, mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı müraciətlərini dinləmişdir.
Müraciətlərlə bağlı qəbulda iştirak edən Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçilərinə, həmçinin aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Şəhər rəhbəri qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə və onunla birlikdə çalışan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlərdən danışmışdır.
Qəbul sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə şəhər icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, imkanlarının olduğu barədə mütəmadi olaraq məlumat verilmişdir.
Qəbulda iştirak edən sakinlər Respublikamızda həyata keçirilən abadlıq quruculuq işlərindən, insanların sosial məişət vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən razılıqlarını bildirərək,bütün bunlara görə Ölkə Rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.