Yevlaxda Şəhid ailəsi ziyarət edildi
Yevlaxda Şəhid ailələrinin ziyarəti davam etdirilir
Yevlaxda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, Vətən müharibəsi əlillərinə və iştirakçılarına daim diqqət və qayğı ilə yanaşılır. Şəhər İcra Hakimiyyətinin Başçısı və aparatın məsul əməkdaşları müntəzəm olaraq bu ailələri ziyarət edir, problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirir.
Ənənəvi hal olan növbəti ziyarət zamanı Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Vətən Müharibəsi zamanı şəhid olmuş Bəkirov Bəxtiyar Yavər oğlunun ailə üzvləri ilə rayonun Xaldan kəndində yaşadıqları evdə görüş keçirmişdir.
Görüşdə Şəhər rəhbəri Şəhidin ailəsinə səbr dilədi, Şəhidliyin, vətənpərvərliyin ən ali məqamı olduğunu, bu ucalığa yüksələnlərin ömür yolunun şərəfli və örnək sayıldığını vurğuladı. Ölkə Prezidenti İlham Əliyevin, Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğının hər birimiz üçün örnək olduğunu bildirdi, bugünkü ziyarətin də həmin diqqət və qayğının davamı olduğunu qeyd etdi.
Həmçinin, ailənin qayğı və problemləri ilə yaxından maraqlanaraq həlli istiqamətində müvafiq tapşırıqlar verdi.
Şəhid Bəxtiyar Bəkirov Vətən Müharibəsi zamanı Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edərək qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” medalı, "Suqovuşanın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı cənab İlham Əliyevə və və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.