Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Şəhid ailələrinin ziyarəti davam etdirilir

16 iyul 2022 | 14:51

Yevlaxda Şəhid ailələrinin ziyarəti davam etdirilir
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Anar Tağıyev Şəhid ailələrini ziyarəti davam etdirib. Şəhər Rəhbəri İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə rayonun Kolanı kəndindən olan Vətən müharibəsi Şəhidi Səmədli Sənan Fikrət oğlunun ailəsini evində ziyarət edib. Görüş zamanı Şəhidimizin 44 günlük Vətən Müharibəsində keçdiyi şərəfli və rəşadətli döyüş yoluna nəzər salınıb,Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusunun qazandığı Möhtəşəm Zəfər barədə geniş söhbət edilib. Həmçinin ailəni narahat edən məsələlər dinlənilib,həmin məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Şəhidin ailə üzvləri dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunduqlarını, bu qayğının ilbəil artdığını bildirmiş, bütün bunlar üçün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Keçidlər