Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Şəhid ailələrinin ziyarəti davam etdirilir

26 may 2023 | 11:08
Yevlaxda Şəhid ailələrinin ziyarəti davam etdirilir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev 44 günlük Vətən müharibəsində şəhid olmuş Kazımov Emin Fərman oğlunun ailəsini ziyarət edərək, qayğıları ilə maraqlanmışdır.
Görüşdə Şəhər rəhbəri bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli ordumuzun qazandığı Böyük tarixi zəfər 30 ilə yaxın davam edən ədalətsizliyə son qoyub.
Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin xatirəsini uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.
Görüş zamanı Şəhidin atası Fərman Kazımov onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevaya ailə üzvləri adından dərin minnətdarlıqlarını bildirib.
Şəhid Kazımov Emin Fərman oğlu Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", “Laçının azad olunmasına görə” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Keçidlər