Yevlaxda Şəhid ailələrinin ziyarət edilməsi ənənəyə çevrilib
07 iyun 2023 | 14:30
Şanlı tarixi Qələbəmizdən xeyli vaxt keçsə də Azərbaycan xalqı zəfər dolu həmin günləri bu gün də minnətdarlıq hissi ilə xatırlayır. Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 27 sentyabrdan başlayan 10 noyabrda Azərbaycanın Şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsi Ölkəmizin tarixinə qızılı hərflərlə həkk olunub.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə igid Vətən oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla hərb tariximizə yeni salnamə yazdılar. Eyni zamanda bütün dünyaya Azərbaycan dövlətinin və ordusunun gücünü, qüdrətini bir daha nümayiş etdirdilər.
Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan oğullarımızdan biri də Məmmədov Elton Ramil oğludur. Şəhid Ramil Məmmədov döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
Ölkə Prezidenti İlham Əliyevin və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri qayğı Yevlaxda da hər zaman örnək və nümunə götürülür. Bu kateqoriyadan olan insanlar daim diqqət mərkəzində saxlanılır.
Bu diqqət və qayğının nümunəsi kimi Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevin şəhidlərimizin ailələrini, ziyarət etməsi artıq bir ənənə halını alıb. Bu ənənənin davamı olaraq Şəhər rəhbəri 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış şəhid Məmmədov Elton Ramil oğlunun ailə üzvlərini yaşadıqları ünvanda ziyarət etdi. Görüşdə Şəhər rəhbəri Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədə payı olan Elton Məmmədov kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. Qeyd edilib ki. Azərbaycan xalqı var Elton kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman onlardan örnək götürəcək.
Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhidin valideyinləri Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
Şəhidin atası Ramil Məmmədov onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.