Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Şəhid ailələrinin ziyarət edilməsi ənənəsi davam etdirilir

28 may 2022 | 14:00

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun Səmədabad kəndində Vətən müharibəsinin Yevlaxdan olan şəhidi, Polkovnik-Leytenant Məmmədov Soltan Akif oğlunun ailəsini ziyarət edib, Şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib. Görüşdə Şəhər Rəhbəri ailəni narahat edən qayğılarla maraqlanıb. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər kəsə örnək olduğunu bildirən icra başçısı həmin qayğının Yevlaxda da hər zaman uğurla həyata keçirildiyini söyləyib. Şəhid ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.
Görüşdə Şəhidin ailə üzvləri Onun şərəfli döyüş yolundan danışaraq bildiriblər ki, şəhidlər ölmürlər, Xalqımızın qəlbində əbədi yaşayırlar. Onlar övladları ilə fəxr etdiklərini bildirərək Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyibilər. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildirərək Ölkə Prezidenti Cənab İlham Əliyevə, Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, Şəhid Polkovnik-Leytenant Soltan Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda”, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə”, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalları ilə, Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuşdur.

Keçidlər