Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda şəhid ailələrinin üzvlərinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib

07 mart 2026 | 10:41
Yevlaxda şəhid ailələrinin üzvlərinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin üzvlərinin iştirakı ilə Şəhidlər Xiyabanında ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları və şəhid ailələrinin üzvləri iştirak etmişlər.
Şəhər İcra Hakimiyyətinin Başçısı əvvəlcə Xiyabanda Şəhid ailələri ilə görüşərək, onlarla birlikdə Şəhid məzarlarını ziyarət etmişdir.
Aksiya çərçivəsində ərazidə torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüz uğrunda canlarını qurban verərək şəhidlik zirvəsinə ucalmış qəhrəman vətən övladlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə müxtəlif növ ağac tingləri əkilərək yaşıllıq sahəsinin genişləndirilməsinə töhfə verilib.Aksiyanın keçirilməsində əsas məqsəd Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad etmək, eyni zamanda ətraf mühitin qorunmasına diqqət çəkmək olub. Akiyada qeyd olunub ki, əkilən hər bir ağac qəhrəman vətən övladlarının müqəddəs xatirəsinə hörmətin və gələcək nəsillərə daha yaşıl mühitin miras qoyulmasının rəmzidir.
Qeyd edək ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində rayon ərazisində yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində tədbirlər davam etdiriləcəkdir.
Keçidlər