Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Şəhid ailələrinin ənənəvi ziyarəti davam etdirilir

19 iyun 2022 | 18:13

Yevlaxda Şəhid ailələrinin ənənəvi ziyarəti davam etdirilir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Vətən Müharibəsinin növbəti, Rayonun Aran qəsəbəsindən olan şəhidi Kərimov Elgün Rauf oğlunun böyüyüb boya-başa çatdığı evində, ailəsini ziyarət edib. Şəhidə Allahdan rəhmət, ailə üzvlərinə isə səbr diləyib.
Şəhər Rəhbəri Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində qazanılan Şanlı Zəfərdən danışdı, Vətənimizin azadlığı, ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin hər an bizim qəlbimizdə əbədi yaşayacağını bildirdi.Həmçinin vurğuladı ki,bu gün Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev, Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə diqqət, qayğı göstərilir, onları narahat edən məsələlərə həssaslıqla yanaşılır, problemlərinin həlli istiqamətində əməli işlər görülür.
İcra Başçısı şəhid ailəsini narahat edən məsələlərlə maraqlanıb, müraciət və istəklərinin həlli istiqamətində işlərin görülməsi üçün müvafiq tapşırıqlar verdi.
Şəhidin atası Rauf Kərimov onlara və ümumiyyətlə şəhid ailələrinə göstərilən diqqətə, qayğıya görə Möhtərəm Prezidentimiz , Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə, Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz təşəkkürünü ifadə edib.

Keçidlər