Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda şəhid ailələri ziyarət edildi

01 iyun 2022 | 18:33

Yevlax Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşlarının şəhid ailələrinin ziyarət edilməsi ənənə halını almışdır. Silsilə ziyarətlər çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova və Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Hüquq Şöbəsinin müdiri Vidadi Murtuzayev Aran qəsəbəsində Şəhid Quliyev Tural Mustafa oğlunun və Yaldili kəndində Şəhid Əkbərov Həsən Raqub oğlunun ailələrini ziyarət etmişlər. Ziyarət zamanı ailələr ilə söhbət edilmiş, problemləri dinlənilmiş, həlli istiqamətində işlərin görülməsi üçün müraciətlər qeydiyyata götürülmüşdür.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğı üçün Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban Xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər