Yevlaxda şəhid ailələri və qazilərin ziyarəti davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin və Ölkəmizin Birinci Vitse Prezidenti hörmətli Mehriban Xanım Əliyevanın tapşırıq və tövsiyyələrinə uyğun olaraq Yevlaxda şəhid ailələri və qazilər ziyarət edilir, qaldırdıqları məsələlər dinlənilir, onların tez bir zamanda həlli istiqamətində lazımi tədbirlərin görülməsi üçün işlər həyata keçirilir. Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev mütəmadi olaraq qeyd edilən kateqoriyadan olan insanları evlərində ziyarət edir, onları dinləyir, qaldırdıqları məsələlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün tapşırıqlar verir,bəzi məsələlər isə aidiyyatı qurumlara çatdırılması üçün qeydiyyata alınır.
Şəhər Rəhbəri ilə yanaşı Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları da rayon ərazisində yaşayan şəhid ailələrini və qaziləri ziyarət edirlər. Davam edən ziyarətlər çərçivəsində Şəhər İcra Hakimiyyətinin Başçısının müavini İlqar Hüseynov və Şəhər İcra Hakimiyyəti Başçısı aparatının şöbə müdiri Xaliq Əliyev Aran qəsəbəsində Vətən Müharibəsi Şəhidləri Kərimov Elgün Rauf oğlunun və Salahov Kamil Mətləb oğlunun ailələrini ziyarət etmişlər. Ziyarət zamanı ailələr ilə söhbət edilmiş, problemləri dinlənilmiş, həlli istiqamətində işlərin görülməsi üçün müraciətlər qeydiyyata götürülmüşdür.
Şəhidlərin ailə üzvləri övladları ilə fəxr etdiklərini bildirirək ,onlara göstərilən diqqət və qayğı üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Ölkəmizin Birinci Vitse Prezidenti hörmətli Mehriban Xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.