Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda şəhid ailələri və qazilər üçün həyata keçirilən layihələr davam etdirilir

12 may 2025 | 11:35
Yevlaxda şəhid ailələri və qazilər üçün həyata keçirilən layihələr davam etdirilir
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı qələbəmizlə nəticələnən 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn igidlərimizin ailələrinin və qazilərimizin diqqət mərkəzində saxlanılması, qarşılaşdıqları problemlərin aradan qaldırılması və eləcə də onların müalicəsinin və istirahətlərinin təşkil olunması istiqamətində Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən müxtəlif layihələr həyata keçirilir. Bu layihələr çərçivəsində Naftalan şəhərində yerləşən “Gold Naftalan”sanator-kurort müəssisəsinə göndərilmiş bir qrup Yevlax rayonundan olan Şəhid ailələri müalicə və reabilitasiya prosedurlarını başa çatdıraraq geri qayıtmışlar.
Layihənin davamı olaraq Yevlax Şəhər İcra Hakimiyyətinin və Naftalan Şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə Yevlax rayonundan olan bir qrup 44 günlük Vətən Müharibəsində və 19-20 sentyabr 2023-cü il tarixdə Qarabağda qanunsuz yerləşmiş terrorçuların zərərsizləşdirilməsi və Azərbaycanın suverenliyinin bərpası uğrunda həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları zamanı əlil olmuş şəxslərin müalicə və reabilitasiya məqsədilə Naftalan şəhərində yerləşən “Gold Naftalan”sanator-kurort müəssisəsinəyola salınıb. İstirahət mərkəzində onlar müalicə kursu qəbul edəcək və istirahətləri təmin olunacaqdır.
Əvvəlcə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev və qazilər Xalqımızın Ümumilli Lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri düzmüş, Dahi şəxsiyyətin müqəddəs ruhuna öz ehtiramlarını bildirmişlər. Yola salma mərasimində Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev görüş iştirakçılarının diqqətinə çatdırıb ki, Möhtərəm Prezidentimiz Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə və müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərilir. Ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonumuzda da şəhid və qazi ailələrinə, müharibə iştirakçılarına xüsusi diqqət və qayğı ilə yanaşılır, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görülür. Həmçinin bildirib ki, Yevlax rayonundan olan şəhid ailələrinin və qazilərin ölkəmizin səfalı yerlərində istirahətinin təşkil olunması artıq ənənə halı alıb və bu layihə bundan sonra da davam etdiriləcək.
Görüş zamanı qazilər onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Keçidlər