Yevlaxda Şəhid ailələri evlərində ziyarət edildi
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Ölkəmizin hər yerində Xalqımızın Şanlı Qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı həlak olmuş, itkin düşmüş hərbi qulluqçulara, düşmənin hərbi təxribatı nəticəsində həlak olmuş, itkin düşmüş mülki vətəndaşlara, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə hər zaman diqqət və qayğı göstərilir. Onların problem və qayğıları həssaslıqla öyrənilir, həlli üçün müvafiq tədbirlər görülür. Ölkə Rəhbərliyinin bu tapşırığı Yevlax rayonunda da uğurla davam etdirilir. Belə ki, bu kateqoriyadan olan insanlarla mütəmadi olaraq görüşlər keçirilir, problemləri öyrənilir,İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan məsələlərin həlli üçün tapşırıqlar verilir, İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində olmayan məsələlər isə aidiyyatı qurumlara çatdırılması üçün qeydiyyata alınır. Növbəti görüş rayonun Malbinəsi kəndində keçirilmişdir. Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini İlqar Hüseynov, Şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının şöbə müdiri Xaliq Əliyev Vətən Müharibəsində Şəhid olmuş Həsənzadə Seymur Qələndər oğlu və Bahaduzadə Vüqar Məmməd oğlunun ailə üzvlərini evlərində ziyarət edərək, söhbət ediblər. Söhbət zamanı şəhidlərin qəhrəmanlıqlarla dolu döyüş yollarına nəzər salınıb,onların əziz xatirəsinin qədirbilən xalqımızın qəlbində daim yaşayacağı vurğulanıb, həmçinin ailələri narahat edən məsələlər həlli istiqamətində işlərin görülməsi üçün qeydiyyata götürülüb.
Görüşlər zamanı Vətən müharibəsində şəhid olmuş oğulların heç vaxt unudulmayacağı bildirilmiş, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən Şəhid və qazi ailələrinə yüksək səviyyədə xüsusi diqqət, qayğı göstərildiyi vurğulanmış, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks, davamlı tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılmışdır.
Şəhid ailələri Ölkə Rəhbərliyinin diqqət və qayğısını daim öz üzərlərində hiss etdiklərini, hər zaman xatırlandıqlarını bildirmişlər.
Şəhid ailələri göstərilən diqqət və qayğı üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.