Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda şəhərin müxtəlif ərazilərində ağaclar əkilib

17 noyabr 2022 | 12:13
Yevlaxda şəhərin müxtəlif ərazilərində ağaclar əkilib
Yevlaxda şəhərin ekoloji mühitinin sağlamlaşdırılmasında və simasının daha da gözəlləşməsində yaşıllaşdırmanın mühüm əhəmiyyətini nəzərə alaraq Şəhər İcra hakimiyyəti tərəfindən yaşıllıqların salınması işləri bütün il boyu həyata keçirilir.
Hazırda şəhərin ayrı-ayrı küçələrində, yol kənarlarında yaşıllaşdırma işlərinə başlanılıb. Bu məqsədlə təşkil edilən növbəti ağacəkmədə şəhərin müxtəlif ərazilərində 300 ədəd eldar şamı əkilib.
Yaşıllıq zolaqlarının genişləndirilməsi sakinlərin səmərəli istirahətini təmin etmək və şəhərin ekoloji görkəmini yaxşılaşdırmaq baxımından vacib olduğu üçün ağacəkmə aksiyaları mütəmadi olaraq davam etdiriləcəkdir.
Keçidlər