Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda şəhərdaxili yolların rənglənməsi işləri davam etdirilir

22 sentyabr 2024 | 12:50
Yevlaxda şəhərdaxili yolların rənglənməsi işləri davam etdirilir
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi, vətəndaşların yolun bir hərəkət hissəsindən digər hissəsinə daha rahat və təhlükəsiz keçidinin təmin edilməsi məqsədilə şəhərin Nizami prospektində rəngi solmuş yol cizgiləri, yol göstərici xətlər, həmçinin piyada keçid zolaqları yenidən rənglənib, zəruri olan yerlərdə yeni piyada zolaqları çəkilib.
Bildirmək istəyirik ki, Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən qeyd olunan işlərin şəhərin digər küçə və prospektlərində də davam etdirilməsi planlaşdırılır.
Keçidlər