Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Şəhər İcra Hakimiyyətinin Başçısı və Deputat vətəndaşları qəbul etdi

07 fevral 2023 | 14:17
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev və 48 saylı Yevlax seçki dairəsi üzrə Milli Məclisin deputatı İlham Məmmədov Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati binasında vətəndaş qəbulu keçiriblər.
Şəhər rəhbəri və deputat vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb.
Vətəndaşların müxtəlif mövzulardakı müraciətləri məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı müvafiq tapşırıqlar verilib. Həlli vaxt tələb edən bir sıra digər məsələlər isə aidiyyəti təşkilat rəhbərlərinə tapşırılaraq icrası nəzarətə götürülüb. Eyni zamanda İlham Məmmədov müraciətlərlə bağlı deputat sorğularının göndəriləcəyini, vətəndaşların problemlərinin həlli üçün aidiyyatı orqanlar qarşısında məsələlərin qaldırılacağını vurğulayıb.
Qəbulda iştirak edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər