Yevlaxda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının ildönümü qeyd olunmuşdur
13 fevral 2025 | 12:42
Yevlaxda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının ildönümü qeyd olunmuşdur
Bu münasibətlə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Xidmətin rayon şöbəsinin şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edərək, önünə gül dəstələri düzmüş, Dahi Şəxsiyyətin müqəddəs ruhuna öz ehtiramlarını bildirmişlər. Şəhər İcra Hakimiyyəti Başçısı Anar Tağıyev Xidmətin rayon şöbəsinin əməkdaşlarını təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulamışdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır. Ötən 13 il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində böyük inkişaf yolu keçərək hərb quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini vermişdir.