Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Şanlı Zəfərin altıncı ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanı ziyarət olunub

08 noyabr 2026 | 13:24
Yevlaxda Şanlı Zəfərin altıncı ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanı ziyarət olunub
8 Noyabr-Zəfər Günü münasibətilə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının kollektivi, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, regional qurumların rəhbərləri, kollektivləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, din xadimləri və ictimaiyyət nümayəndələri Yevlax şəhər Şəhidlər Xiyabanını ziyarət ediblər.
Ziyarət zamanı Yevlax şəhər Şəhidlər Xiyabanını Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinə ucaldılmış Abidənin önünə tər güllər düzülüb, onların əziz xatirəsi dərin ehtiramla yad edilib.
Şəhər İcra Hakimiyyətinin Başçısı Şəhidlər Xiyabanında Şəhid ailələri, qazilər və veteranlarla görüşərək onlarla söhbət edib. Şəhər rəhbəri söhbət zamanı onları Zəfər Günü münasibətilə təbrik edərək, Azərbaycan Respiblikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər xalqımızın milli birliyinin, həmrəyliyinin və qəhrəmanlığının təntənəsi olduğunu bildirib. Eyni zamanda Şanlı Zəfərimizin xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını,onların Vətən sevgisi və mübarizə əzminin gələcək nəsillər üçün daim örnək olacağını vurğulayıb.
Şəhid ailələri, qazilər və veteranlar onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər