Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Sahil-Bulvar istirahət parkında əsaslı təmir işləri davam etdirilir

27 aprel 2024 | 15:11
Yevlaxda Sahil-Bulvar istirahət parkında əsaslı təmir işləri davam etdirilir
Sahil-Bulvar istirahət parkı Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində, çayın sağ sahilində dəmir konstruksiyalar üzərində quraşdırılmışdır.Kür çayının səviyyəsinin tez-tez dəyişməsi ilə əlaqədar dəmir konstruksiyalar korroziyaya, beton örtük erroziyaya uğramış, nəticədə ərazidə çökmələr baş vermişdir. Yaranmış vəziyyət burada istirahət edən sakinləri qane etmədiyi üçün vətəndaşlar mütəmadi olaraq yazılı, şifahi formada həm Şəhər İcra Hakimiyyətinə həm də müxtəlif qurumlara müraciətlər etmişlər. Şəhər İcra Hakimiyyəti tərəfindən məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə rəsmi müraciət edilmişdir. Nazirlik tərəfindən yerində araşdırılaraq park təhlükəli və qəzalı ərazi kimi qiymətləndirilmişdir.
Qeyd edilən parkın tam şəkildə yenidən qurulması, abadlaşdırılması ilə əlaqədar layihə sənədləri hazırlanmış,layihə sənədləri əsasında parkın ən müasir standartlara cavab verən şəkildə yenidən qurulması nəzərdə tutulmuşdur. Layihəyə əsasən parkda müxtəlif istirahət guşələri, əyləncə qurğuları, quraşdırılacaq, insanların istirahəti üçün lazımi şərait yaradılacaqdır.
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən 1 ildən çoxdur ki, parkda əsaslı təmir, tikinti-yenidənqurma işlərinə başlanılmışdır. Görülən işlər çərçivəsində bulvarın bir hissəsi tam sökülmüşdür.Sökülən hissə torpaq, çınqıl daşları verilərək kipləşdirilmiş, ərazidə sahil bərkitmə işləri aparılmış, köhnə, korroziyaya uğramış dəmir konstruksiyalar, erroziyaya uğramış beton örtükləri, istifadəyə yararsız tamet daşları və bordürlər sökülərək götürülmüşdür. Hazırda parkın ərazisinə yeni tamet daşlarının düzülməsi işləri həyata keçirilir.
Qeyd edək ki, işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla təmir işləri davam etdirilir.
Keçidlər