Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Sahil Bulvar istirahət parkı əsaslı təmir edilir

22 mart 2023 | 12:52
Yevlaxda Sahil Bulvar istirahət parkı əsaslı təmir edilir
Yevlaxda aparılan abadlıq-quruculuq işləri çərçivəsində şəhərdəki binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir. Görülən işlərin davamı olaraq Yevlax şəhərində, Kür çayının sahilində yerləşən, təmirə ehtiyacı olan parkda əsaslı təmir işlərinə başlanılıb. Aparılacaq təmir işləri zamanı sınmış oturacaqlar, dağılmış tamet daşları, istinad divarlarının aqlay üzlükləri bərpa ediləcək, işıq dirəkləri təmir ediləcək, plafonlar yeniləri ilə əvəz ediləcəkdir. Parkda ümumi təmizlik işləri aparılaraq, səliqə-səhman yaradılacaq, yeni yaşıllıq əraziləri salınacaqdır.
Keçidlər