Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda sahibkarlarla görüş keçirilib

30 sentyabr 2026 | 16:30
Yevlaxda sahibkarlarla görüş keçirilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Yevlax rayonunda sahibkarlar üçün işə qəbul qaydaları və bu sahədə qanunvericiliyin tələblərinə dair görüş keçirilib. Görüşdə əməyin təşkili sahəsində mövcud imkanlar, çətinliklər və prespektivlər mövzusunda qanunvericiliyin tələbləri sahibkarların diqqətinə çatdırılmaqla yanaşı kənd təsərrüfatında yeni subsidiya mexanizmlərinin qaydaları və şərtləri izah edilib. Görüşdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının sektor müdiri Azad Əliyev, Dövlət Əmək Müfəttişliyinin və İqtisadiyyat Nazirliyinin nümayədələri, 40-a yaxın sahibkar iştirak edib. Görüşdə sahibkarlara qanunvericiliyin tələbləri barədə məlumat verilib. Sahibkarların işə götürmədə təhlükəsizlik qaydalarına əməl edilməsi və vətəndaşların müəssisələdə qeydiyyata almaq, Azərbaycan Respublikasında əmək fəaliyyətini həyata keçirmək üçün iş icazələrinin təqdim olunması kimi qanunvericiliyin tələbləri sahibkarların diqqətinə çatdırılıb.
Əlavə olaraq, fermerlər yeni subsidiya mexanizmlərinə əlçatanlığın təmin olunmasında və bu dəstək mexanizmlərindən istifadə, qeydiyyat və səmərəliyin artırılması istiqamətində görüləcək işlər haqqında məlumatlandırılıb
Keçidlər