Yevlaxda sahibkarlarla görüş keçirilib
Yevlax Şəhər İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə Yevlaxda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Sosial - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Allahverdi Quliyev, ƏƏSMN-nin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Məşğulluq filialının şöbə müdiri Vüqar Qurbanov, Mərkəzi Aran Regional Məşğulluq filialının Yevlax rayon Xidmət Şöbəsinin müdiri Murad Muradov, Yevlaxda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Sosial - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Allahverdi Quliyev tədbirdə çıxış edərək vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə sahibkarlığın inkişafının dəstəklənməsi, özəl sektorun fəaliyyətinin genişləndirilməsi, iqtisadiyyata investisiya qoyuluşlarının stimullaşdırılması istiqamətində son dövrlərdə geniş islahatlar aparılır. Dövlət başçısı tərəfindən qəbul edilmiş qanun və fərmanlar, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi sahibkarlara dövlət dəstəyinin güclənməsi ilə yanaşı, birmənalı şəkildə iş adamlarına verilən siyasi dəstəyin təzahürüdür. Həmçinin, tədbirdə Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Məşğulluq filialının məsul əməkdaşları sahibkarlara Agentliyin fəaliyyət istiqamətləri, işəgötürənlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilən məşğulluq tədbirləri barədə ətraflı məlumat verib, işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə birgə layihələrin həyata keçirilməsi və əməkdaşlıq perspektivləri müzakirə edilib, fikir mübadiləsi aparılıb.Sahibkarlar ölkəmizdə onların fəaliyyəti üçün yaradılan şəraitə görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildirib, “məşğulluq marafonu”, “əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı”, “peşə hazırlığı” və digər istiqamətlərdə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıblar.