Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “Sağlam həyat” layihəsi çərçivəsində idman yarışları keçirilmişdir

26 yanvar 2025 | 13:59
Yevlaxda “Sağlam həyat” layihəsi çərçivəsində idman yarışları keçirilmişdir
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Yevlax Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə şəhərdəki Dədə Qorqud parkında baş tutan yarışlara qoşulan idman həvəskarları əyləncəli vaxt keçirmiş, müxtəlif idman növlərində qüvvələrini sınamışlar. Öz yaş qrupları üzrə idman normativlərini yerinə yetirən iştirakçılar müvafiq sertifikatlarla təltif olunmuşlar.
Yarışda müxtəlif yaş qruplarından ümumilikdə 350 nəfər şəxs iştirak etmişdir.
Keçidlər