Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “Sağlam bədəndə sağlam ruh” devizi altında idman yarışı keçirildi

22 sentyabr 2022 | 15:52
Yevlaxda “Sağlam bədəndə sağlam ruh” devizi altında idman yarışı keçirildi
Yevlax Şəhər İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin dəstəyi, Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə “Sağlam bədəndə sağlam ruh” devizi altında idmanın kross və gimnastika növləri üzrə keçiriləcək Respublika yarışlarının Yevlax rayon birinciliyi keçirildi. Yarışın keçirilməsində məqsədi gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliği, gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi, daxili işlər orqanlarında və Daxili Qoşunlarda xidmətə həvəsləndirilməsidir.
Yarışa həsr edilmiş tədbirdə Yevlax Şəhər İcra Hakiminiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Hümbət Əhmədov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin əməkdaşı polis mayoru Aydın Həşimov, Yevlax Şəhər Gənclər və İdman İdarəsinin rəisi Rəşad Bəhmənli iştirak etmişdir. Yarışlar Dövlət Himninin səsləndirilməsindən sonra açıq elan edilib.
Yarışda müvafiq fiziki hazırlığı olan 20-25 yaş arası gənclər iştirak edib. Ümumilikdə 21 gənc müəyyən olunmuş marşrut üzrə 3000 m. məsafəyə kross qaçışı və turnik hərəkətləri üzrə öz güclərini sınamışlar. Yarış zamanı Yevlax Şəhər Gənclər və İdman idarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin idman bölmələrinin nümunəvi çıxışları da olmuşdur.
Qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyələr ilə təltif olunublar
Keçidlər