Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda rayonun qaz təsərrüfatının mövcud vəziyyəti və görüləcək işlər barədə müşavirə keçirilmişdir

12 iyun 2023 | 19:31
Yevlaxda rayonun qaz təsərrüfatının mövcud vəziyyəti və görüləcək işlər barədə müşavirə keçirilmişdir
Yevlaxda Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevin rəhbərliyi ilə “Rayonun qaz təsərüfatının mövcud vəziyyəti və görüləcək işlər” mövzusunda müşavirə keçirilmiş, rayonun qaz təsərrüfatının gələcək inkişaf perspektivləri müzakirə olunmuşdur. Müşavirədə həmçinin Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Şəhər təsərrüfatı şöbəsinin müdiri İlqar Hüseynov, SOCAR "Azəriqaz" İstehsalat Birliyi Tərtər Regional Qaz İstismarı İdarəsinin rəisi Azay Muxtarov, İdarənin məsul şəxsləri və aidiyyəti təşkilatların rəhbərləri iştirak etmişdir.
Şəhər İcra Hakimiyyətinin Başçısı Yevlax rayonunda qaz təsərrüfatının mövcud vəziyyəti, bu istiqamətdə görülən və görüləcək işlərlə bağlı müvafiq tapşırıqlarını verdi. Həmçinin qeyd etdi ki, rayon 100 faiz təbii qazla təmin olunsa da rayonun kənd və qəsəbələrində keçirilən səyyar qəbullarda sakinlər yeni inşa etdirdikləri fərdi yaşayış evlərinə qaz çəkilmədiyini bildirirlər. Bu çox az faiz təşkil etsə də amma var. Şəhər rəhbəri təbii qazla təmin olunmayan bəzi yeni salınmış yaşayış massivləri, yeni tikilmiş fərdi yaşayış evlərinin qazlaşdırılmasının vacibliyini bildirdi.
Tərtər Regional Qaz İstismarı İdarəsinin rəisi Azay Muxtarov çıxışında SOCAR "Azəriqaz" İstehsalat Birliyi tərəfindən həyata keçrilən layihələr, eləcə də təsərrüfatda aparılan islahatlardan danışdı qeyd etdi ki, təkmilləşdirmə tədbirləri qaz təsərrüfatının müasirləşməsi, yenidən qurulmasının sürətləndirilməsi istehlakçıların fasiləsiz və dayanıqlı təbii qazla təmin olunmalarına hesablanmışdır.O, çıxışının davamında qeyd edilən məsələlərin "Azəriqaz" İstehsalat Birliyinin nəzarətində olduğunu, qısa müddət ərzində qanunamüvafiq formada öz həllini tapacağını bildirdi.
Həmçinin müşavirədə qazlaşdırılmış ərazilərdə yarana biləcək problemlərin meydana çıxmasının vaxtında qarşısının alınması və digər məsələlər də müzakirə olunmuşdur.
Keçidlər