Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Rayon Ağsaqqallar Şurasının illik hesabat iclası keçirildi

10 iyun 2022 | 14:37

Yevlax Rayon Ağsaqqallar şurasının sədri Minnət Mürsəlov görülmüş və gələcəkdə görüləcək işlərdən danışıb. Yevlax rayonunda gedən abadlıq quruculuq işlərindən, rayonda şəhid ailələrinin, qazilərin daim diqqət mərkəzində saxlanıldığından danışaraq rayon ağsaqqalların bu işlərdə yaxından iştirak etdiyini qeyd edib.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Şəhər Rəhbəri kimi təyin edildikdən sonra ilk iş olaraq rayon ağsaqqalları ilə görüşdüyünü qeyd etdi. Mütəmadi olaraq rayonda ağsaqqallarla görüşlər keçirildiyini, onların istək və təklifləri dinlənildiyini bildirdi. Şəhər Rəhbəri çıxışının davam etdirərək deyib ki,Ulu Öndər Heydər Əliyev ağsaqqallara həmişə böyük qayğı və diqqət göstərib, onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırmışdır. Bu qayğı və diqqət hazırda Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan, Cənab İlham Əliyev tərəfindən davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və tərəqqisi naminə aparılan işlərdə ağsaqqalların rolu əvəzsizdir. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı azad edib,bu şanlı Qələbədə ağsaqqallarımızın mənəvi dəstəyi, öyüd-nəsihətləri də böyük rol oynadı.
Şəhər İcra Hakimiyyətinin Başçısı Ölkənin, eləcə də rayonumuzun ictimai-siyasi həyatında ağsaqqalların rolu və nüfuzundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışdı, gənclərin dövlətə, xalqa sədaqət ruhunda tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Respublika Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov dövlətimizin bugünkü inkişafında ağsaqqal və ziyalılarımızın rolundan söz açıaraq bildirib ki, ölkəmizdə ağsaqqalların fəaliyyəti genişlənir və nüfuzu gündən-günə artır. O həmçinin, Ağsaqqalların qarşısında duran vəzifələrdən ətraflı söhbət açıb. Yevlax Rayon Ağsaqqallar Şurasının bir illik fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Rayon ağsaqqallarından Saleh Səfərov, Adil Səfərəliyev, Sərdar Məmmədov çıxışlarında ölkəmizdə həyata keçirilən ictimai işlərdə bundan sonra da yaxından iştirak edəcəklərini vurğulayıblar. Ağsaqqallar onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmərli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə şəkli çəkdirildi.

Keçidlər