Yevlaxda Qurban bayramı münasibətilə şəhid ailəsi ziyarət edildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev ,Hüquq mühafizə orqanlarının rəhbərləri və aparatın məsul işçiləri Qurban bayramı münasibətilə Vətən Müharibəsinin Nərimanabad kəndindən olan şəhidi Cabbarov Oruc Akif oğlunun ailəsini ziyarət ediblər.Ziyarət zamanı bildirildi ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müvafiq tapşırıq və tövsiyyələrinə uyğun olaraq Respublikamızın hər yerində Şanlı Qələbəmiz ilə nəticələnən 44 günlük Vətən Müharibəsində Vətənimizin azadlığı uğrunda canlarını qurban verən qəhrəman Şəhidlərimizin ailələrinə, döyüşlərdə şücaət göstərərək qazi olan şəxslərə daim diqqət və qayğı göstərilir. Yevlax rayonunda da bu kateqoriyadan olan insanlar diqqət və qayğı ilə əhatə olunurlar. Şəhər Rəhbəri Müqəddəs Qurban bayramı münasibətilə ailə üzvlərini təbrik etdi.Bildirdi ki,şəhidlər heç vaxt unudulmur ,nə qədər Xalqımız var Şəhidlərin əziz xatirəsi daim yaddaşımızda yaşayacaqdır. Sizlər həmişə hər birimiz üçün əzizsiniz. Şəhidin ailə üzvləri onlara göstərilən səmimi münasibətə, problemlərinə həssaslıqla yanaşılmasına görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.