Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda qədim el bayramımız olan Novruz bayramına həsr olunmuş ümumrayon tədbiri keçirilib

18 mart 2024 | 13:45
Yevlaxda qədim el bayramımız olan Novruz bayramına həsr olunmuş ümumrayon tədbiri keçirilib
Milli adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı Azərbaycan xalqının birliyini, saflığını, əmin-amanlıq və həmrəyliyimizi əks etdirən el bayramıdır. Yevlax şəhərində Heydər Əliyev Mərkəzinin qarşısında Novruz bayramına həsr olunmuş ümumrayon tədbiri keçirilib.
Bayram tədbirində Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, təhsil, mədəniyyət müəssisələrinin kollektivləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və rayon sakinləri iştirak ediblər.
Yevlax şəhəri üzrə Təhsil sektorunun, Yevlax şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələri tərəfindən nümayiş etdirilən Novruz xonçaları, səmənilər, milli folklor nümunələri, həmçinin Yevlax Şəhər Gənclər və İdman sektorunun tabeliyində fəaliyyət göstərən idmançıların çıxışları tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Keçidlər