Yevlaxda qarlı hava şəraiti ilə əlaqədar tədbirlər görülür
11 fevral 2026 | 12:25
Yevlaxda qarlı hava şəraiti ilə əlaqədar tədbirlər görülür
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən gecə saatlarından başlayaraq yağan qarın təmizlənməsi üçün operativ tədbirlər həyata keçirilir.
Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən küçələr, prospektlər, piyada səkiləri qardan təmizlənərək vətəndaşların hərəkəti asanlaşdırılır.
Təmizləmə işləri şəhərin ayrı-ayrı hissələrində gün ərzində davam etdiriləcəkdir.






