Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda qarlı hava şəraiti ilə əlaqədar operativ tədbirlər görülür

23 fevral 2025 | 12:07
Yevlaxda qarlı hava şəraiti ilə əlaqədar operativ tədbirlər görülür
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən gecə saatlarından başlayaraq yağan qarın təmizlənməsi üçün operativ tədbirlər həyata keçirilir. Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları və texnikaları tərəfindən qar yağmış ərazilərdə küçə və yollar təmizlənir, nəqliyyatın hərəkəti təmin edilir, piyada səkiləri təmizlənərək vətəndaşların hərəkəti asanlaşdırılır.
Şəhərin müxtəlif ərazilərində piyada səkiləri, ictimai-iaşə və digər obyektlərin qarşısının qardan təmizlənməsi işləri davam etdirilir.
Keçidlər