Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda qanvermə aksiyası keçirilmişdir

13 aprel 2026 | 17:09

Yevlaxda qanvermə aksiyası keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Qan Bankı" publik hüquqi şəxsi və Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi tərəfindən Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qan ehtiyatlarının artırılması, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək göstərilməsi məqsədilə qanvermə aksiyası keçirilmişdir. Aksiyada Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev, Başçının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, ŞİH Aparatının əməkdaşları, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun idarə, müəssisələrinin kollektivləri və gənclər iştirak etmişlər.
Tibbi heyət tərəfindən donorların sağlamlıq vəziyyəti əvvəlcədən yoxlanılmış, qanvermə prosesi isə təhlükəsizlik qaydalarına uyğun şəkildə həyata keçirilmişdir.
Aksiyada 100 nəfərə yaxın rayon sakini könüllü iştirak edərək qan vermişdir. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Respublika Qan Bankına təhvil verilmişdir.

Keçidlər