Yevlaxda qanvermə aksiyası keçirilmişdir
28 noyabr 2024 | 10:04
Yevlaxda qanvermə aksiyası keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin dəstəyi, “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin təşkilatçılığı ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasında Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının tibb müəssisəsi tərəfindən qanvermə aksiyası keçirilmişdir. Aksiya hemofiliya və talassemiya kimi irsi qan xəstəliklərindən əziyyət çəkənlərin qan ehtiyatını artırmaq məqsədilə təşkil olunmuşdur.
Aksiyaya zamanı vətəndaşlar əvvəlcə xəstəxananın və Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin həkim briqadası tərəfindən müayinədən keçirilmiş,hər bir donordan yalnız sağlamlığı müəyyənləşdirildikdən sonra qan götürülmüşdür. Qanvermə aksiyasında 100 nəfərə yaxın rayon sakini könüllü iştirak etmişdir. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil verilmişdir.