Yevlaxda qanvermə aksiyası keçirilmişdir
07 iyul 2025 | 14:39
Yevlaxda qanvermə aksiyası keçirilmişdir
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyətinin dəstəyi, “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Yevlax Rayon Mərkəzi Xəstəxanasının birgə təşkiltçılığı ilə Səhiyə Nazirliyi Respublika Qan Bankı tərəfindən qanvermə aksiyası keçirilmişdir. Aksiya hemofiliya və talassemiya kimi irsi qan xəstəliklərindən əziyyət çəkənlərin qan ehtiyatını artırmaq məqsədilə təşkil olunmuşdur.
Aksiyaya zamanı vətəndaşlar əvvəlcə xəstəxananın və Səhiyə Nazirliyi Respublika Qan Bankının həkim briqadası tərəfindən müayinədən keçirilmiş, hər bir donordan yalnız sağlamlığı müəyyənləşdirildikdən sonra qan götürülmüşdür. Qanvermə aksiyasında 200 nəfərə yaxın rayon sakini könüllü iştirak etmişdir. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil verilmişdir.






