Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda qanvermə aksiyası keçirilib

19 dekabr 2023 | 17:10
Yevlaxda qanvermə aksiyası keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin ,"Milli Hematologiya və Transfuziologiya Mərkəzi” Publik Hüquqi Şəxsin və Yevlax rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə hemofiliyalı və talassemiyalı xəstələrə, eləcə də qana ehtiyacı olanlara kömək etmək məqsədilə qanvermə aksiyası keçirilib. Aksiyada Yevlax Şəhər İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların, eləcə də rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Xüsusi tibbi briqadanın həkim-hematoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb.
 
Keçidlər