Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda qanvermə aksiyası keçirildi

21 iyul 2023 | 13:20
Yevlaxda qanvermə aksiyası keçirildi
Yevlax Şəhər İcra Hakimiyətinin, Mərkəzi Qan Bankının Mingəçevir bölməsinin və Yevlax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib.
Yevlax rayon Mərkəzi Xəstəxanada təşkil edilən aksiya hemofiliya və talassemiya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin qan ehtiyatını artırmaq məqsədi daşıyıb.
Aksiyaya qoşulanlar əvvəlcə xəstəxananın həkim briqadası tərəfindən müayinədən keçirilmişlər. Sonra hər bir donorun sağlamlıq imkanları müəyyənləşdirilib və qanın verilməsinə başlanılıb
Qanvermə aksiyasında 50 nəfərdən artıq rayon sakini könüllü iştirak edib. Qanvermə aksiyasında Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, o cümlədən rayonda fəaliyyət göstərən təşkilatların nümayəndələri və sakinlər fəal iştirak ediblər.
Qeyd edək ki, toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaqdır.
Keçidlər