Yevlaxda qanunsuz miqrasiyanın qarşısının alınması mövzusunda tədbir keçirildi
02 dekabr 2022 | 12:12
Yevlax şəhər qanunsuz miqrantların saxlanılması mərkəzi tərəfindən “Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Qanunsuz miqrantların saxlanılması mərkəzində yerləşdirilməsi qaydaları, miqrasiya proseslərinə nəzarət, qanunsuz miqrasiyanın qarşısının alınması və bu sahədə aidiyyəti dövlət orqanlarının qarşılıqlı fəaliyyəti” mövzusunda hüquq mühafizə orqanlarının və aidiyyəti dövlət qurumlarının vəzifəli şəxslərinin iştirakı ilə dəyirmi masa keçirilmişdir. Tədbir iştiakçıları əvvəlcə mərkəzin fəaliyyəti ilə yaxından tanış olmuşlar.
Tədbirdə çıxış edən Mərkəzin rəisi, kiçik miqrasiya xidməti müşaviri Vüsal Xəlilov, Yevlax şəhər İcra Hakimiyyəti Başçısı aparatının Hüquq şöbəsinin müdiri Vidadi Murtuzayev, Yevlax regional Miqrasiya İdarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri Aydın Əliyev çıxış edərək qanunsuz miqrasiyanın qarşısının alınması sahəsində görülən işlərdən bəhs etmişlər. Tədbirin gedişində iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.