Yevlaxda Prokurorluq orqanlarının peşə bayramı qeyd edildi
Yevlaxda Prokurorluq orqanlarının peşə bayramı qeyd edildi
Yevlaxda Prokurorluq işçilərinin peşə bayramı günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və prokurorluq işçiləri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyevin Yevlaxın mərkəzindəki abidəsini ziyarət edib, abidənin önünə tər gül dəstələri düzərək Dahi Şəxsiyyətin əziz xatirəsinə öz ehtiramlarını bildiriblər.
Daha sonra Şəhidlər Xiyabanında Şəhidlərin xatirəsinə inşa edilmiş Abidəni ziyarət edib, şəhidlərin xatirlərinə öz ehtiramlarını bildiriblər. Tədbir iştirakçıları Daha sonra rayon prokurorluğunda davam edən tədbirdə Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxış edərək prokurorluq işçilərini peşə bayramları münasibətilə təbrik edib, onlara bundan sonra da digər dövlət təşkilatları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin maraqlarının cinayətkarlardan qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində yeni-yeni uğurlar arzuladı. Bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin imzaladığı 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə hər il oktyabr ayının 1-i ölkəmizdə prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis etmişdir. Respublikamızda prokurorluq orqanlarının formalaşmasında da xalqımızın Ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olub. Ulu Öndərin iradəsi ilə gerçəkləşən bu əlamətdar gün prokurorluq işçilərinə dövlət səviyyəsində göstərilən qayğının və hərtərəfli dəstəyin əyani təzahürüdür. Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də prokurorluq orqanlarına yüksək etimad, dövlət səviyyəsində hərtərəfli diqqət və qayğı göstərilir, onun fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görülür. Prokurorluq orqanlarında həyata keçirilən hüquqi islahatlar nəticəsində Azərbaycan Prokurorluğu milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrilmişdir. Prokurorluq orqanlarına müasir dünyagörüşlü, bilikli və dövlətçilik ideyalarına sadiq gənc hüquqşünasların qəbulu prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsinə təkan vermişdir.
Yevlax rayon Prokuroru Ceyhun Almasov çıxış edərək çıxış edərək ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışdı. Qeyd etdi ki, çətin və şərəfli bir təkamül yolu keçmiş prokurorluq orqanları bu gün dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirir, qanunun aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquqlarının etibarlı müdafiəsində öz xidmətlərini göstərir.
Yevlax rayon Polis Şöbəsinin rəisi Polis Polkovniki Elnur Mehdiyev, Yevlax rayon Məhkəməsinin sədri Toğrul Əliyev çıxışlarında prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərəkişlərində uğurlar etdilər.