Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan Prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd olunub

01 oktyabr 2026 | 12:31
Yevlaxda Prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan Prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd olunub
Yevlaxda 1 oktyabr-Prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaranmasının 108-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Yevlax rayon prokuroru Ceyhun Almasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon prokurorluğunun əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz və unudulmaz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Sonra tədbir Yevlax rayon prokurorluğunun inzibati binasında davam etdirilib. Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, Azərbaycan Prokurorluğu zəngin və şərəfli inkişaf yolu keçmiş, dövlətçilik tariximizdə mühüm xidmətləri olan hüquq-mühafizə orqanlarından biridir.
İcra Hakimiyyətinin Başçısı Azərbaycan prokurorluğunun formalaşması və inkişafında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olduğunu xüsusi vurğulayıb. Bildirib ki, Xalqımızın Ümummilli Lideri Heydər Əliyev hər zaman prokurorluq orqanlarının fəaliyyətinə xüsusi diqqət və qayğı göstərmiş, bu qurumun dövlətçilik sistemindəki əhəmiyyətinə yüksək qiymət vermişdir. Hər il oktyabr ayının 1-nin Prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə Ümummilli Liderin 17 iyul 1998-ci il tarixli Sərəncamı bu diqqət və qayğının bariz nümunəsidir.
Şəhər rəhbəri Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik ənənələri bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquq sisteminin təkmilləşdirilməsi, qanunun aliliyinin və insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin olunması istiqamətində həyata keçirilən ardıcıl islahatlar prokurorluq orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun təşkilinə və institusional inkişafına mühüm imkanlar yaradıb. Dövlət başçısının prokurorluq orqanlarına göstərdiyi yüksək diqqət və qayğı, bu mühüm təsisatın maddi-texniki bazasının möhkəmləndirilməsi, əməkdaşların peşəkarlığının artırılması və fəaliyyətin müasir standartlar əsasında qurulması istiqamətində həyata keçirilən tədbirlər Azərbaycan Prokurorluğunun inkişafında mühüm rol oynayır.
Yevlax rayon prokuroru Ceyhun Almasov çıxışında prokurorluq orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən, əməkdaşların qarşısında duran vəzifələrdən bəhs edib. O, prokurorluq əməkdaşlarının qanunçuluğun təmin edilməsi və hüquq qaydasının qorunması sahəsində məsuliyyətli fəaliyyət göstərdiklərini diqqətə çatdırıb.
Tədbirdə digər çıxış edənlər prokurorluq əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib, fəaliyyətlərində yeni uğurlar arzulayıblar.
Sonda 1 oktyabr-Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaranmasının 108-ci ildönümü münasibətilə rayon prokurorluğunun əməkdaşlarına Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub.
Keçidlər