Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Prezident təqaüdçüsü, əmək qəhrəmanı Tərlan Musayevanın Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Ulu Öndərə mənəvi borcum" kitabının təqdimatı keçirilmişdir

23 sentyabr 2025 | 16:47
Yevlaxda Prezident təqaüdçüsü, əmək qəhrəmanı Tərlan Musayevanın Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Ulu Öndərə mənəvi borcum" kitabının təqdimatı keçirilmişdir
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində Yevlax Mərkəzləşdirilmiş Elektron Kitabxana Sistemində Prezident təqaüdçüsü, əmək qəhrəmanı Tərlan Musayevanın Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Ulu Öndərə mənəvi borcum" kitabının təqdimatı keçirilmişdir. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Asəf Almədətov, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Alıyeva, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax nümayəndəsi Günel Cəfərova, Prezident Təqaüdçüsü, əmək qəhrəmanı Tərlan Musayeva, idarə, müəssisə, təşkilatların əməkdaşları və gənclər iştirak ediblər
Əvvəlcə Dövlət Himnimiz səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarından keçmiş qəhrəman Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Alıyeva qeyd edib kiUlu Öndərin anadan olmasının 102-ci ildönümü münasibətilə Prezident təqaüdçüsü, əmək qəhrəmanı Tərlan Musayevanın "Ulu Öndərə mənəvi borcum" kitabının işıq üzü görməsi sevindirici, qürurverici, həm də Tərlan Musayevanın Ulu Öndərə vəfa borcu, sədaqətinin tərənnümüdür. O bildirib ki, bu kitab gənc nəslə təbliğ olunmalıdır.
Ulu Öndər Heydər Əliyevin Tərlan Musayeva haqqında dediyi “Tərlan bütün respublika gənclərinə nümunədir” sözlərini xatırladıb. Bildirib ki, Bakıda, Naxçıvanda, Gürcüstanda, bölgələrimizdə keçirilən tədbirlər davam edir.
Sonra söz Yevlax Şəhər İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaq və ailələrlə iş üzrə məsləhətçi psixoloqu Asəf Almədətova verilib. O, qeyd edib ki, “Ulu Öndərə mənəvi borcum” kitabının müəllifi, “Xalqlar dostluğu” ordenli Tərlan Musayeva uzaqgörən və müdrik siyasəti ilə Azərbaycan dövlətçiliyinin tarixində əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolunun, zəngin və çoxşaxəli irsinin xalqımız üçün tükənməz miras olduğunu vurğulayıb. O həmçinin Ulu Öndər Heydər Əliyevin daim Azərbaycan xalqının mənafeyini düşünən şəxsiyyət olmasından, bu sahədə apardığı ardıcıl və məqsədyönlü siyasətdən, bu siyasəti uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin parlaq fəaliyyətindən danışıb. Tərlan Musayeva “Ulu Öndərə mənəvi borcum” kitabında Ümummilli Lider Heydər Əliyev irsinin gələcək nəsillərə çatdırılmasının vacibliyinin vurğulandığını diqqətə çatdırıb və bildirib ki, Ulu Öndərin Azərbaycan dövlətçiliyi naminə göstərdiyi misilsiz xidmətlər daim xalqımızın qəlbində yaşayacaq. O həmçinin Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin beynəlxalq arenada qazandığı uğurları xüsusi qeyd edib. Ulu Öndərin anadan olmasının 102-ci ildönümü münasibətilə Prezident təqaüdçüsü, əmək qəhrəmanı Tərlan Musayevanın "Ulu Öndərə mənəvi borcum" kitabının işıq üzü görməsi sevindirici, qürurverici, həm də Tərlan Musayevanın Ulu Öndərə vəfa borcu, sədaqətinin tərənnümüdür. O bildirib ki, bu kitab gənc nəslə təbliğ olunmalıdır.
Şair Aqşin Hacızadə Ulu Öndər Heydər Əliyevin Tərlan Musayeva haqqında dediyi “Tərlan bütün respublika gənclərinə nümunədir” sözlərini xatırladıb və Tərlan xanıma həsr etdiyi poemadan səsləndirib. Sonra Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax nümayəndəsi Günel Cəfərova vəYevlax Mərkəzləşdirilmiş Elektron Kitabxana Sisteminin direktor müavini Tofiq Eyvazov dünya miqyaslı siyasi təfəkkürə, zəngin və qətiyyətli idarəçilik bacarığına, ən çətin vəziyyətlərdə belə tükənməz əzm və qüdrətə malik Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən, şərəfli ömür yolundan və məharətli dövlətçilik təcrübəsindən bəhs edən çıxışlar ediblər.
Əmək qəhrəmanı, Prezident təqaüdçüsü Tərlan Musayeva öz çıxışında qeyd edib ki, Ulu Öndər bir işıqlı, təmənnasız Günəş kimi ömür yoluna işıq salıb, həyatın dərin, az görünən dibindən məni səadətin, şöhrətin ən uca zirvəsinə qaldırıb. Belə qayğıkeş, əmək adamına qol- qanad verən böyük insanın dəstəyi mənə şan- şöhrət gətirib.
Keçidlər