Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib

15 oktyabr 2026 | 10:26
Yevlaxda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib
Yevlaxda Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Müşavirədə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı cənab Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və rayon ziyalıları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirədə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı cənab Anar Tağıyev Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, cənab Prezidentin çıxışı həm də gələcəyə yönəlmiş siyasi-strateji çərçivə təqdim edir, eyni zamanda milli təhlükəsizlik və inkişaf doktrinasının başlıca konturlarını və qarşıda duran əsas vəzifələri müəyyənləşdirmişdir. O, dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin ölkəmizin gələcək inkişafı, dövlət müstəqilliyinin və suverenliyin möhkəmləndirilməsi, milli maraqların qorunması, iqtisadi tərəqqinin davam etdirilməsi və vətəndaşların rifahının yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin qorunması, qarşıya qoyulan vəzifələrin ardıcıl həyata keçirilməsi və müasir çağırışlara uyğun fəaliyyətin təşkili hər bir dövlət qurumunun və ictimai təşkilatın qarşısında mühüm məsuliyyət qoyur. Bu istiqamətdə rayon səviyyəsində görülən işlərin səmərəliliyinin artırılması, vətəndaşların müraciətlərinə həssas yanaşılması, sosial rifahın yüksəldilməsi və gənclərin inkişafına dəstək verilməsi xüsusi əhəmiyyət kəsb edir.
Şəhər İcra Hakimiyyətinin Başçısı eyni zamanda qeyd edib ki, YAP-ın VIII Qurultayında səsləndirilən strateji yanaşmalar dövlət və cəmiyyət qarşısında yeni vəzifələr müəyyənləşdirir. Bu vəzifələrin həyata keçirilməsində dövlət qurumları ilə yanaşı, ictimai təşkilatların, ziyalıların, ağsaqqalların, müəllimlərin, gənclərin və bütövlükdə vətəndaş cəmiyyətinin fəal iştirakı mühüm rol oynayır. Şəhər rəhbəri Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf prioritetlərindən irəli gələn vəzifələrin həyata keçirilməsi, dövlətçilik ənənələrinin qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Yevlax rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov ağsaqqalların öz nüfuzlarından istifadə edərək gənclərə nümunə olmalarının, milli-mənəvi dəyərlərin təbliğində və maarifləndirmə işində fəal iştiraklarının vacibliyini diqqətə çatdırıb: “Ağsaqqallar gənclərə nümunə olmalı, milli-mənəvi dəyərlərin qorunması və təbliği işində fəal iştirak etməlidirlər”.
Daha sonra çıxış edən Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov çıxışında müasir dövrdə ideoloji təhlükəsizliyin milli təhlükəsizliyin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. O, gənclərin sağlam düşüncəli, savadlı və vətənpərvər ruhda yetişdirilməsinin əhəmiyyətindən danışaraq deyib: “Güclü dövlət, sağlam cəmiyyət və savadlı, vətənpərvər nəsil Azərbaycanın gələcək inkişafının əsas dayaqlarıdır”.
Yevlax şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Könül Hüseynova çıxışında uşaqların və gənclərin ziyanlı ideoloji təsirlərdən qorunmasında təhsilin və düzgün tərbiyənin əhəmiyyətini vurğulayıb. O, məktəblərdə şagirdlərə təhsillə yanaşı, milli-mənəvi dəyərlərin aşılanmasının, onların vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini qeyd edib.
44 günlük Vətən müharibəsi şəhidi, polkovnik Soltan Məmmədovun bacısı, Səmədabad kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Tərifə Məmmədova Vətən uğrunda canlarından keçən şəhidlərin qəhrəmanlığının gənc nəsil üçün örnək olduğunu bildirib.
Vətən müharibəsi qazisi, II qrup əlilliyi olan Türkay Məsimov Vətən müharibəsində qazanılmış tarixi Zəfərin xalqımızın birliyini və həmrəyliyini nümayiş etdirdiyini, bu birliyin qorunmasının ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Əməkdar müəllim Aybəniz Qurbanova savadlı, vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı nəslin yetişdirilməsinin Azərbaycanın gələcək inkişafı üçün əsas şərtlərdən biri olduğunu bildirib. O, ziyalıların və fəal vətəndaşların gənclərin düzgün istiqamətləndirilməsində, maarifləndirmə işinin gücləndirilməsində və cəmiyyətdə sağlam mənəvi mühitin qorunmasında üzərlərinə düşən vəzifələri vurğulayıb.
Keçidlər